"İnter" klubunun futbolçusu Romelu Lukaku verdiyi açıqlamalarla diqqətləri çəkib.
Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, belçikalı hücumçu koronavirusun "İnter" klubunda ötən ildən olduğunu bildirib. 26 yaşlı oyunçu "Kalyari" ilə oyun zamanı müdafiəçilərdən birinin özünü pis hiss etdiyini və oyunu tərk etməli olduğunu bildirib. Lukaku iddia edib ki, həmin futbolçu koronavirusa tutulub, çünki onda yüksək hərarət və öskürək olub:
"Dekabr ayında 25 oyunçudan 23-ü xəstə idi. "Kalyari" ilə qarşılaşırdıq, 25 dəqiqə sonda müdafiəçilərimizdən biri özünü pis hiss etdi və meydanı tərk etdi. Az qala özündən gedirdi. Hər kəs öskürürdü və hərarətləri vardı.Mən də özümdə qızdırma hiss edirdim, halbuki uzun illər idi bu başıma gəlmirdi".
Lukaku həmçinin bildirib ki, həmin gün "Puma" şirkətindən gələn qonaqlarla görüş olub, lakin hücumçu onlardan üzr istəyib və evinə yollanıb.