Eşitmə məhdudiyyətli futzalçılardan ibarət "Ulduz" komandasının baş məşqçisi Elşad İbrahimli "Timsport"la oyundan sonra (3:8) fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis komandasının eşitmə məhdudiyyətli idmançılar arasında keçiriləcək Çempionlar Liqasına hazırlığı barədə danışıb:
"Məşqlərimiz vaxtlı-vaxtında, yüksək səviyyədə davam edir. Oyunçularımız eşitmə məhdudiyyətlidirlər və öz aralarında təşkil olunan Çempionlar Liqasında iştirak edəcəklər. Düzdür, sağlam idmançılarla müqayisədə az da olsa fərq hiss olunur. Buna baxmayaraq, gələcəkdə yaxşı oyunlar göstərməyə çalışacağıq".
Qeyd edək ki, Elşad İbrahimli eyni zamanda Azərbaycan Əlillər Futbol Federasiyasının prezidentidir.
View this post on Instagram


