Matteo Günduzi transferində sona yaxınlaşan "Fənərbağça" daha bir keçidi reallaşdırmaq istəyir.
Offsideplus.az xəbər verir ki, hədəfdə Ademola Lukman var.
Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.
Xəbərdə verilən məlumat görə, "sarı-lacıvərdlilər" nigeriyalı futbolçunu 5 milyon avro icarə, cari mövsümün sonunda 37 milyon satınlma bəndi ilə transfer etməyi planlaşdırır.
"Atalanta" isə onu icarə ilə yox, birdəfəlik göndərməyi düşünür.
Lukman cari mövsüm 16 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Onun Berqamo təmsilçisi ilə sözləşməsi 2027-ci ilin yayında başa çatır.



