"Real Madrid"in hücumçusu Kilian Mbappe zədələnib.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçunun 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
O, İspaniya Superkubokunda "kral klubu"na kömək edə bilməyəcək.
Mbappe cari mövsüm 24 oyunda 29 qol vurmağı bacarıb.
Qeyd edək ki, İspaniya Superkuboku yanvarın 7-də start götürəcək. "Real Madrid" əzəli rəqibi "Atletiko" ilə qarşı-qarşıya gələcək.
Onlar qələbə qazanarsa, finalda "Barselona" - "Atletik" (Bilbao) cütünün qalibi ilə oynayacaq.



