“Barselona” rəhbərliyi klubunun yay transfer planlarında Markus Reşfordun 30 milyon avroluq sərbəstqalma maddəsini işə salmağa qərar verdiyi bildirilir.
Offsideplus.az xəbər verir ki, klub oyunçu ilə tam razılığa gəlib.
Məlumata görə, sərbəstqalma maddəsi üç mövsüm ərzində hər biri 10 milyon avro olmaqla üç hissədə ödəniləcək. Hazırda yalnız Maliyyə Ədalətli Oyun (Financial Fair Play) qaydaları və prezident seçkilərinin yekunlaşması razılaşmanın icrasını saxlayır.


