Misli Premyer Liqasında XXII turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, "Qəbələ" bu gün "Karvan-Yevlax"ı qəbul edib.
Görüşdə qollar ilk hissədə vurulub.
Tərəflər hərəyə bir dəfə fərqlənib.
"Qəbələ" 16 xalla 11-ci, Yevlax təmsilçisi isə 7 xalla sonuncu - 12-ci yerdədir.
Misli Premyer Liqası, XXII tur
28 fevral (şənbə)
17:00. “Qəbələ” - “Karvan-Yevlax” 1:1
Qollar: Seydina Keyta, 36 (penalti) - İmani Barker, 26
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu


