Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olacaq.
Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi bu gün, saat 20:00-da Slovakiyanın paytaxtı Bratislavada start götürəcək.
Azərbaycan komandası püşkatma zamanı birinci səbətdə yer alacaq.
Avropa çempionatı
1-ci səbət: Slovakiya, Azərbaycan, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Serbiya;
2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;
3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;
4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.



