2026-cı il Dünya Kuboku ABŞ-də hələ başlamamış ciddi problemlərlə üzləşib.
Offsideplus.az xəbər verir ki, Boston şəhərində planlaşdırılan 7 oyun əmək haqqının ödənilməməsi səbəbindən dayandırılıb.
Məlumata görə, turnir zamanı polis və ictimai təhlükəsizlik xərclərini qarşılamaq üçün tələb olunan 7,8 milyon dollar maliyyə çatışmazlığı bu qərara səbəb olub.
Hazırda Boston şəhərindəki bütün yeddi planlaşdırılan oyun yalnız ödənilməmiş əmək haqqı məsələsi həll olunana qədər keçirilmir.



