Roberto De Zerbi növbəti mövsüm Premier Liqada çalışa bilər.

Offsideplus.az xəbər verir ki, o, növbəti mövsüm üçün imkan yaranacağı halda “Tottenhem Hotspur” klubuna rəhbərlik etməyə “Mançester Yunayted”dən daha çox üstünlük verər.

Məlumata görə, italiyalı mütəxəssis mümkün variantları dəyərləndirərkən London təmsilçisinin layihəsini daha cəlbedici hesab edir və məhz “Tottenhem”də işləməyə daha isti yanaşır.

Hazırda məsələ ilə bağlı rəsmi danışıqların aparılıb-aparılmadığı barədə açıqlama verilməyib.