Olimpiya çempionu Hidayət Heydərovun (73 kq) Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi məlum olub.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı cüdoçu çəki sala bilmədiyi və öz çəki dərəcəsinin limitini keçdiyi üçün yarışda iştirak edə bilməyib.
İdmançı barədə daxili intizam qaydalarına uyğun olaraq, bununla bağlı müvafiq tədbirlər görüləcək.


