Uruqvay yığmasının sabiq hücumçusu Edinson Kavani peşəkar futbol karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, o, bunu öz sosial media hesabından açıqlayıb.

Kavani son olaraq "Boka Xuniors"da çıxış edirdi. 

O, "Napoli", PSJ və "Mançester Yunayted" kimi klubların da formasını geyinib.

38 yaşlı hücumçu klub karyerasında 737 oyuna 400 qol vurmağı bacarıb. Uruqvay yığmasında isə 136 oyuna 58 dəfə fərqlənib.

Kavani Luis Suarezdən sonra (69) Uruqvay milli komandasının tarixində ən çox qol vuran ikinci futbolçudur.