"Atletiko Mineyro" "Fənərbağça"nın futbolçusu Fredlə maraqlanır.

Offsideplus.az xəbər verir ki, Braziliya klubu 32 yarımmüdafiəçi üçün "sarı-lacıvərdlilər"lə danışıqlara başlayıb.

Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Fred 2023-cü ildən "Fənərbağça"da çıxış edir. O, burada 104 oyuna çıxıb və 9 qol vurub.

Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.