“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone gələcəkdə “İnter”i idarə etmək ehtimalı barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Simeone bildirib:

“Bu, təkcə məndən asılı deyil, amma məşqçilik karyeramda bir gün ‘İnter’i çalışdırdığımı təsəvvür edə bilirəm.”

Argentina mütəxəssisi sözlərinə belə davam edib:

“Bir gün bunun baş verəcəyini düşünürəm.”