Azərbaycan milli komandasının oktyabrın 13-də Ukrayna yığması ilə Polşanın Krakov şəhərində keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Sebastyan Qisxamer olacaq. Ona yan xətdə Roland Riedel və Santino Şrayner kömək edəcəklər.
Dördüncü hakim funksiyası Valter Altmanna yerinə yetirəcək. VAR-da Manuel Şüttengruber və Kristian-Petro Çokirkoya olacaq.



