"Beşiktaş" bu yay mərkəz hücumçusu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, son olaraq Zaqreb "Dinamo"sunun futbolçusu Bruno Petkoviç İstanbul klubuna önərilib.

Petkoviç 2019-cu ildən "Dinamo"da çıxış edir. O, başa çatan mövsümdə 26 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

30 yaşlı hücumçu komandadan ayrılmaq istəsə, Zaqreb təmsilçisi ona problem yaratmayacaq.