Pep Qvardiola bir gün milli komanda çalışdırmağı arzulayır.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis yığma ilə Dünya Kubokunda iştirak etmək istəyir.
Bu barədə "The Athletic" məlumat yayıb.
Qvardiola 2016-cı ildən bəri "Mançester Siti"ni çalışdırır. Onun klubla daha 2 illik müqaviləsi var.
"Şəhərlilər"in 54 yaşlı mütəxəssisin son klubu olacağı gözlənilir.