"Şamaxı"nın futbolçusu Alfons Mabula Msanqaya Tanzaniya milli komandasında dəvət gəlib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi yığmasının Cənubi Afrika Respublikası ilə iyunun 6-da keçirəcəyi yoldaşlıq matçında meydana çıxa bilər.

Qeyd edək ki, Msanqa Tanzaniyanın əsas yığmasında oyuna çıxmayıb. O, bu qarşılaşmada debüt edə bilər.

Gənc futbolçu bu ilin yanvarında "Şamaxı"ya qoşulub. O, Misli Premyer Liqasında 17 oyuna çıxıb və 3 qol vurub.