Baş məşqçi postuna Arda Turanı gətirən Donetsk "Şaxtyor"u daha bir türkiyəli futbolçu ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Ukrayna klubu "Fənərbağça"nın futbolçusu İsmail Yükseki transfer etmək istəyir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.
İ, Yüksek cari mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Onun "sarı-lacıvərdlilər"lə 2028-ci ilin yayına qədər müqaviləsi var.