"Real Madrid"in və "Napoli"nin sabiq futbolçusu Xose Kalyexon karyerasını başa vurduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı son olaraq ölkəsinin aşağı divizionunda mübarizə aparan "Marbelya"da çıxış edirdi.

Kalyexon karyerasının böyük hissəsini "Napoli"də keçirib. "Real" yetirməsi olan 38 yaşlı futbolçu "kral klubu"nun əsas komandasında 2011-13-cü illər arasında oynayıb.