Azərbaycan U-15 Liqasında finala yüksələn ilk komanda müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” U-15 komandası “Sabah” U-15 ilə qarşılaşıb. “ASK Arena”da keçirilən qarşılaşma əsas vaxtda qolsuz bərabərliklə başa çatıb – 0:0. Qeyd edək ki, ilk oyun da eyni hesabla tamamlanmışdı.

Beləliklə, finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Daha dəqiq zərbələr sayəsində “Sabah” U-15 komandası 4:2 hesablı qələbə ilə adını finala yazdırıb.

Xatırladaq ki, digər yarımfinal qarşılaşması bu gün saat 17:00-da keçiriləcək. “Qarabağ” U-15 komandası “Qəbələ” U-15-i qəbul edəcək. İlk oyunda Ağdam təmsilçisi səfərdə 2:0 hesabı ilə üstün olmuşdu.