Mahir Emreli "Nürnberq" forması ilə sonuncu matçında şou göstərib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu komandasının "Ayntraxt Braunşveyq" ilə səfər görüşündə ilk hissədəcə het-trik edib.

Beləliklə, o, cari mövsüm Bundesliqa 2-də vurduğu qolların sayını 10-na yüksəldib.

"Nürnberq" mövsümü 48 xalla 10-cu yerdə bitirib.

Əlavə edək ki, Almaniya klubu daha öncə M. Emrelinin yayda klubdan ayrılacağını açıqlayıb.

18 May

Bundesliqa 2

17:30 "Ayntraxt Braunşveyq"  - "Nürnberq" 1:4

Qollar: Polter, 90 - Mahir Emreli, 10,20, 45+1, Yustvan, 31

-- Mahir Emreli matça start heyətində başlayır.

-- O, 83-cü dəqiqədə əvəzlənib.