"İnter Mayami" klubu futbolçusu Xordi Albanın müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı sol cinah müdafiəçisi 2027-ci ilin yayına qədər Florida təmsilçisində çıxış etməyə davam edəcək.

Bu barədə klub rəsmi saytından məlumat yayıb.

Alba 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, MLS klubunda ümumilikdə 69 oyunda 8 qol vurub və 22 məhsuldar ötürmə edib.