Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ölkə çempionatının XXVIII turunda məğlubiyyətlə üzləşib.

Offsdeplus.az xəbər verir ki, planetin ən güclü futbolçularından biri Kriştiano Ronaldunun formasını geyindiyi komanda səfərdə "Əl-Qadisiya"ya uduzub - 1:2.

Portuqaliyalı dünya ulduzu 90 dəqiqə forma geyinsə də, meydançanı qolsuz tərk edib.

Məğlubiyyət "Əl-Nəsr"in ilk iki pillədə qərarlaşan "Əl-İttihad" (65 xal) və "Əl-Hilal"a (61 xal) yaxınlaşmaq istəyinə maneçlik törədib. Ronaldunun komandası hazırda 57 xalla 3-cü pillədə qərarlaşıb.