Belçika milli komandasının sabiq kapitanı Yan Vertongen karyerasını bitirməyə qərar verib.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı futbolçu cari mövsümün sonunda "butslarını mismardan asacaq".
Vertongen hazırda "Anderlext"də çıxış edir. O, həmçinin "Ayaks", "Tottenhem" və "Benfika" kimi klubların da formasını geyinib.
Vertongen Belçika yığmasının heyətində 157 oyuna çıxıb. O, milli komandada oyun sayına görə rekordçudur.