Ayxan Abbasov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının (U-21) baş məşqçisi vəzifəsində ilk açıqlamasını verib.
Offsideplus.az AFFA-nın rəsmi saytına xəbər verir ki, gənc çalışdıcırı qarşıya qoyulan məqsədlərdən danışıb.
Məsuliyyətli vəzifəyə təyin olunduğu üçün AFFA rəhbərliyinə təşəkkürünü çatdıran A.Abbasov hər şeydən öncə seleksiya aparılacağını vurğulayıb: "Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Bizi çox böyük iş gözləyir. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. Öncə böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”
.
Qeyd edək ki, A.Abbasov bu gün AFFA İcraiyyə Komitəsinin iclasında U-21-ə baş məşqçi təyinat olunub. Onunla müqavilənin müddəti 2 il nəzərdə tutulub. O, yığma ilə yanaşı, "Şamaxı" klubunda da işini davam etdirəcək.