"Ardaya məni keçə bilərsən demişdim. Onu izlədiyim kimi Selçuku da izləyirəm. O da çox yaxşı davam edir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "TRT Spor"a açıqlamasında "Əl-Şəbab"ın baş məşqçisi Fatih Terim bildirib.

Təcrübəli mütəxəssis yetirmələrinin fəaliyyətini qiymətləndirib:

"Onlarla yanaşı Albert Riyera da yaxşı formadadır. Bunlar həmişə mənimlə olan oyunçulardır. Sadəcə Arda və Selçuk deyil, çalışdığım hər kəs məndən daha irəli getsin. Bunu çox istəyirəm".