Karyerasını Səudiyyə Ərəbistanının "Əl Nəssr" komandasında davam etdirən portuqaliyalı ulduz Kriştiano Ronaldo bütün zamanların ən yaxşı futbolçusu olduğuna inandığını bildirib.

Offsideplus.az xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanının "Əl Nəssr" komandasında davam etdirən portuqaliyalı ulduz Kriştiano Ronaldo bütün zamanların ən yaxşı futbolçusu olduğuna inandığını bildirib.

Ronaldo verdiyi müsahibədə karyerası, argentinalı ulduz Lionel Messi ilə rəqabəti, ən uğurlu günlərini keçirdiyi Real Madrid və Səudiyyə Ərəbistanındakı həyatı ilə bağlı açıqlamalar verib.

Statistikanın hər şeyi sübut etdiyini vurğulayan 39 yaşlı Ronaldo, bunları deyib:

"Mən bütün zamanların ən yaxşı futbolçusu olduğumu düşünürəm. İnsanlar Pele, Maradona və ya Messiyə üstünlük verə bilər, mən bunu başa düşürəm və hörmət edirəm, amma Kriştiano ən yaxşıdır. Gəlin sağ ayağım haqqında danışmayaq. Meydanda hər şeyi edirəm. Baş zərbələri və cərimə zərbələrini yaxşı bacarıram. Sürətliyəm, güclüyəm və hər iki ayağımdan istifadə edə bilirəm".