"Vilyareal"ın ulduzu üçün ərəblər olduqca yüksək məbləğ təklif edir.

Offsideplus.az xəbər verir ki, "Əl-Əhli" Aleks Baenanı transfer etmək istəyir. Bu barədə "Relevo" məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubu futbolçunun transferi üçün 60 milyon avroluq təklif hazırlayır.

Artıq keçidi həll etmək üçün qarşı tərəflə danışıqlara başlanılıb.  

Xatırladaq ki, 23 yaşlı hücumçu 2024/25 mövsümündə komandası ilə 20 oyuna çıxıb və 5 qola, 5 məhsuldar ötürməyə imza atıb.