Çin millisinin sabiq baş məşqçisi Li Tieyə 20 il həbs cəzası verildi.
Offsideplus.az xəbər verir ki, buna səbəb çalışdırıcının rüşvət alması və verməsinin müəyyən edilməsi olub.
Belə ki, o baş məşqçi olduğu 2019-2021-ci illərdə bəzi klublardan oyunçuları yığmaya çağırmaq və oynatmaq qarşılığında 50 milyon yuan (təxmini 6.8 milyon dollar) rüşvət alıb.
Həmçinin Li Tie milli komandanın "sükanı arxası"na keçmək üçün 3 milyon yuan (təxmini 410 milyon dollar) rüşvət verib.
Qeyd edək ki, Tie 2022 Dünya Çempionatının seçmə mərhələsində uğursuzluqdan sonra postundan göndərilmişdi.