Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.
Offsideplus.az xəbər verir ki, mərhələnin ikinci günündə 2 qarşılaşma baş tutub.
“Dalğa Arena”da bölgə təmsilçiləri üz-üzə gəlib. “Araz-Naxçıvan” “Qəbələ”ni Bakıda qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Sumqayıtda şəhərin eyniadlı komandası “Neftçi” ilə görüşüb. Oyun "ağ-qaralar"ı 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
31 yanvar (çərşənbə)
16:00. “Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qol:Elvis Maşike, 45 - Samuel Tette, 11
Baş hakim: Rauf Allahverdiyev
“Dalğa Arena”
19:00 “Sumqayıt” – “Neftçi” 2:3
Qollar: Elvin Bədəlov, 60, Kasimir Ninqa, 89 - Yeqor Boqomolski, 29, Emin Mahmudov, 44 (pen), 45+3
Baş hakim: Rəşad Əhmədov
“Kapital Bank Arena”



