AFFA Apellyasiya və Arbitraj Məhkəməsi "Araz-Naxçıvan"ın futbolçusu Tural Bayramlının "Səbail" işi ilə bağlı qərar verib. 

Offsideplus.az xəbər verir ki, bu məsələ ilə bağlı yarımmüdafiəçinin vəkili Elcan Həsənli sosial şəbəkə hesabında məlumat yayıb:

1. İddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. “İddiaçı Tural Bayramlının cavabdeh Səbail Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin.
3. Cavabdeh Səbail Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) AZN məbləğində pul vəsaiti tutulsun.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.

Qeyd edək ki, bu xəbəri Azərbaycan mediasında ilk olaraq Offsideplus.az yayımlayıb.