"Telefonumda Rahidin adını "Rahid Legenda" kimi qeyd etmişəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri Əfran İsmayılov karyerasını bitirdiyini açıqlayan Rahid Əmirquliyevlə bağlı deyib. O, bu barədə "Səbail"in mətbuat xidmətinə danışıb.
"O, Azərbaycan futbolunun əfsanəsidir. Həm insan, həm də idmançı kimi nümunəvi şəxsiyyətdir. Səmimi, mehriban və peşəkardır. Rahid hazırda istənilən insan üçün nümunədir. Azərbaycan futbol tarixinin vacib hissəsidir. Əminəm ki, O, istənilən şəkildə Azərbaycan futboluna hələ çox xeyir verəcək! Ona uğurlar arzulayıram!" - Əfran İsmayilov açıqlayıb.