Bir neçə gün əvvəl fəaliyyətini dayandırdığını açıqlayan "Çinar Zəngilan" klubu İkinci Divizionda iştirak edə bilər.
Offsideplus.az -ın məlumatına görə, AFFA-nın baş katibi Sərxan Hacıyev klub rəhbərliyini görüşə dəvət edib. Danışıqlar yolunda gedərsə, "Çinar Zəngilan"ın II Divizionda mübarizə aparmaq şansı var.
Qeyd edək ki, daha öncə Zəngilan təmsilçisinin baş məşqçisi Anar Zahidoğlu İkinci Diviziona buraxılmadıqları üçün fəaliyyətlərini dayandırdıqlarını açıqlamışdı.
Xatırladaq ki, "Çinar Zəngilan" AFFA Region Liqasının 2022/23 mövsümünün finalında "Qusar"a 0:2 hesabıyla uduzub.
Offsideplus.az