AFFA Region Liqasında 2022/23 mövsümünün finalçısı olan "Çinar Zəngilan" klubu fəaliyyətini dayandırıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Zəngilan təmsilçisinin baş məşqçisi Anar Zahidoğlu yayıb.

O, bundan sonra klubun heç bir turnirdə iştirak etməyəcəyini bildirib.

Mövzu ilə bağlı Anar bəylə əlaqə saxladıq. Çalışdırıcı, yeni yaradılan İkinci Diviziona buraxılmadıqları üçün bu addımı atdıqlarını söylədi.

Xatırladaq ki, "Çinar Zəngilan" Region Liqasının final oyununda "Qusar"a 0:2 hesabıyla uduzub.

Daşqın Əziz