“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Sabah”ın gücü bəllidir, onların nəyə qadir olduğunu bilirdik. Çempionatımızın ən güclü komandalarından biridir. Hətta “Qarabağ”la çempionluq uğrunda mübarizə aparırlar. Biz isə bu oyuna da əvvəlki matçlar kimi hazırlaşmışdıq. Xallarımızı artırmaq istəyirdik. Oyunçularımdan ilk növbədə meydanda inamlı olmalarını istəmişdim. Mühüm üç xal idi. İnkişaf etmək istəyiriksə, bu mübarizəni davam etdirməliyik. Azarkeşlərimizə də təşəkkür edirəm. Səfərdə oynamağımıza baxmayaraq, bizi tək qoymadılar, möhtəşəm idilər. Çempionat davam edir. Gələn oyunlara hazırlaşacağıq. Çünki mübarizə gündən-günə gərginləşir. Xal ehtiyatımızı artırıb daha rahat olmaq istəyirik. “Huner Group” bizi daha da motivasiya edir. Qələbə üçün verilən mükafat əvvəlki ilə müqayisədə artıb. Bu da komanda üçün əlavə stimuldur”.