"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Vild-Donald Gerye yenidən Azərbaycana dönə bilər.
Offideplus.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi ilə Azərbaycanın iki klubu yaxından maraqlanır.
Belə ki, haitili futbolçu "Sumqayıt" və "Kəpəz" klublarının transfer siyahısındadır.
Qeyd edək ki, Gerye Kiprin "Olimpiakos" (Nikosia) klubunun formasını geyinir. 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edən futbolçu "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb.