Ötən tur “Səbail”in heyətində Premyer Liqada 100-cü oyununu keçirən Rahid Əmirquliyevə klub tərəfindən simvolik hədiyyə təqdim olunub.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçuya “Səbail”in üzərində “100” yazılmış forması təqdim olunub.
Xatırladaq ki, Rahid 2018/19 mövsümündən etibarən “Səbail”də çıxış edir. O, “dənizçilər”in heyətində sözügedən mövsümdə ölkə çempionatının bürünc mükafatçısı olub. Rahid Premyer Liqada bu komandanın heyətində 100-cü oyununu keçirən ilk futbolçudur.