"Sumqayıt" klubunun baş məşqçisi Aleksey Baqa Misli Premyer Liqasının V turunda "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransına qatılmayıb.
Offsideplus.az xəbər verir ki, onun əvəzinə komandanın məşqçisi Rail Məlikov jurnalistlər önünə çıxıb.
O bildirib ki, Baqanın səhhəti yaxşı deyil: "Bu gün baş məşqçinin səhhətində problem olduğu üçün müvəqqəti mən mətbuat konfransına çıxdım. İnşallah, növbəti matçlardan o yenidən mətbuat konfranslarına çıxar".