Qadın voleybolçulardan ibarət "Abşeron" və kişilərdən ibarət "Neftçi" komandası yeni mövsümdən avrokuboklarda iştirak etməyəcək.

 Federasiyadan Offsideplus.az-a verilən məlumat belə oldu: "Bu, klubların öz istəyi ilə atılan addımdır".

Qeyd edək ki, başa çatan mövsümdə qadınlardan ibarət  "Abşeron" komandası ölkə çempionu olmuşdu. Kişilərdən ibarət "Neftçi" kollektivi isə liqanı 2-ci pillədə başa vurmuşdu.

Cavid Əliyev