"Milan" "Liverpul"un hücumçusu Divok Origini heyətinə qatacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira öz "tvitter" səhifəsində məlumat verib. Bildirib ki, "Rossoneri"lər 26 yaşlı belçikalı futbolçunun agentləri ilə dansışıqlar aparıb. Tərəflər arasında 10 gün sonra daha bir görüşün olacağı vurğulanıb. Onun Mersisayd təmsilçisi ilə sözləşməsi mövsümün sonunda başa çatır.
Qeyd edək ki, Belçika millsinin üzvü 2014-cü ildən "Liverpul"da çıxış edir.