U-21 millimiz yoxlama görüşündə Macarıstanla 3:3 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, yığmamızın qollarından birində imza atan hücumçu Renat Dadaşov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyunla bağlı düşüncələrin necədi?
- Oyunu özünüz də gördünüz. İlk hissədə yaxşı oynamışdıq, sadəcə olaraq, qollar vura bilmədik. Fasilədən sonra da yaxşı oynadıq. Hamı gördü ki, necə komandamız var. Hesabda 0:2, 013 geridə olsaq da, bunu dəyişəcək gücdə olduğumuzu göstərdik.
- Geri dönüş etməyinizi bildirmək istəyirsən?
- Bəli, gördünüz. Düzdü, "come back" etmədik, ancaq heç-heçə oynadıq. Sadəcə, göstərdiyimiz oyunu hamı gördü. Çox top götürdük, qalib də gələ bilərdik. Çox yaxşı komanda olduğumuzu göstərdik, yaxşı mübarizə aparırıq. Azərbaycan üçün ən yaxşısını etməyə çalışırıq.
- Bir neçə gün əvvəl Qazaxıstana qarşı oynamışdınız. Həmin oyunu yaxşı oynadınız, yoxsa bunu?
- Hər iki oyunu yaxşı oynadıq. Sadəcə, bugünkü oyunun ikinci hissəsində lap yaxşı oynadığımızı düşünürəm. İki oyunu müqayisə etsək, bu, bizim ən yaxşı ikinci jissəmiz idi. İki oyundan belə nəticəyə gəlmək olar ki, bizim yaxşı potensialımız var.
- Qəribə qol vurdun, nə başla, nə də ayaqla. Sinə ilə fərqləndin...
- Bəli, elə oldu. Amma bilərəkdən sinə ilə vurdum. Topun hara gələcəyinə baxırdım.
- Bir müddət yığma komandalarda olmadın, sonradan U-21 yığmasına dəvət olundun...
- Şadam ki, Rəşad müəllim mənə zəng etdi. Dedi ki, nə qədər oynamısam, ya oynamamısam gəl, oynayacaqsan. Baş məşqçiyə öz təşəkkürümü bildirirəm və burada olduğuma görə şadam.
- Özünə A millidə yer görürsən?
- Mən hər şeyi edirəm. Amma bunu A millinin baş məşqçisi qərar verər. Baş məşqçinin qərarıdı.
- "Ayntratx"da xoşagəlməz halla qarşılaşdın. Məşqçini və komanda yoldaşını əzişdirmisən. Onları niyə döydün?
- Bəli, oldu, amma bu haqda danışmaq istəmirəm.
- Karyeranı hansı klubda davam etdirəcəksən?
- Yaxın vaxtlarda görəcəksiz. Hələ ki, adını açıqlaya bilmərəm.