"Qalatasaray" - "Lokomotiv" oyununun hakimi bəlli olub.
Offsideplus.az xəbər verir ki, UEFA-nın məlumatına görə, matçı İsveçrədən olan referi Sandro Şarer idarə edəcək. Ona həmyerliləri Bekim Zoqay və Jonas Erni kömək edəcəklər.
Qeyd edək ki, "Qalatasaray" - Lokomotiv" matçı 4 noyabr saat 21:45-də başlayacaq.