Premyer Liqamızın 5-ci turu yeni rekordla əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, ilk oyun gününün ikinci matçında meydana çıxan Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşüb.

“Zirə”yə qarşı oyun “Səbail”in kapitanı üçün 422-ci çempionat görüşü olub.

32 yaşlı yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovun rekordunu arxada qoyub.
3-cü turun “Sumqayıt”la görüşündə rekordu təkrarlayan Əmirquliyev “ASCO Arena”da mütləq göstəriciyə imza atıb.

Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçının (1:0) iştirakçısı olub. Rahid karyerası ərzində çıxdığı matçlarda 33 qol vurub.

O, ölkə çempionatlarında 4 klubun formasını geyinib. Əmirquliyev yetirməsi olduğu “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun) qarşılaşmaya çıxıb. “ASCO Arena”dakı matç onun “Səbail”də 74-cü görüşüdür.

Qeyd edək ki, Azərbaycan çempionatlarında yalnız Rahid Əmirquliyevlə Mahmud Qurbanov 400 oyun səddini keçə bilib.

2003/04. Şahdağ-Samur (Qusar) – 16 oyun (3 qol)

2004/05. Şahdağ-Samur (Qusar) – 26 (1)

2005/06. Şahdağ (Qusar) – 15 (3)

2006/07. Xəzər Lənkəran – 17 (5)

2007/08. Xəzər Lənkəran – 16 (1)

2008/09. Xəzər Lənkəran – 24 (4)

2009/10. Xəzər Lənkəran – 27 (1)

2010/11. Xəzər Lənkəran – 30 (0)

2011/12. Xəzər Lənkəran – 31 (5)

2012/13. Xəzər Lənkəran – 30 (1)

2013/14. Xəzər Lənkəran – 31 (0)

2014/15. Xəzər Lənkəran – 30 (2)

2015/16. Xəzər Lənkəran – 18 (4)

2015/16. Qarabağ (Ağdam) – 2 (0)

2016/17. Qarabağ (Ağdam) – 20 (3)

2017/18. Qarabağ (Ağdam) – 15 (0)

2018/19. Səbail (Bakı) – 24 (0)

2019/20. Səbail (Bakı) – 20 (0)

2020/21. Səbail (Bakı) – 26 (0)

2021/22. Səbail (Bakı) – 4 (0)

Qeyd: “Şahdağ” bir müddət “Şahdağ-Samur” adlanıb.