"Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli hazırlıq prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, bu barədə klubun saytına açıqlama verib.
"Məşqlərimiz 1 həftədən çoxdur ki başlayıb. Hazırlığımız gərgin və maraqlı keçir. Hər birimiz məşqlərə həvəs və məsuliyyətlə yanaşırıq. Yeni mövsümə çox istəkli hazırlaşırıq. Uzun müddətdir oyunlara çıxmırıq. Yoxlama görüşlərində fiziki vəziyyətimizi düzəltməyə çalışacağıq. Yeni mövsüm Premyer Liqada çempion olmaq üçün mübarizə aparacağıq. Konfrans Liqasında da artıq rəqibimiz məlumdur. İlk dəfə təşkil ediləcək turnir bizim üçün də maraqlıdır. Ümid edirəm ki, bu yarışda uğurlu çıxış edəcəyik".