“Sabah”da yeni təyinat gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin Müşahidə Şurasının üzvü olan İqor Ponomaryov klubun idman direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989) olan Ponomaryov 2018-ci ildən “Sabah” FK-nın Müşahidə Şurasının üzvüdür.


