"Sabah" klubunun gənc futbolçusu Abdulla Xaybulayev üçün Premyer Liqamızın 25-ci turunun “Sumqayıt"la matçı (2:0) əlamətdar olub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi bu görüşlə yüksək liqada ilk oyununa çıxıb.
Abdulla qarşılaşmanın 90+4-cü dəqiqəsində Mario Marinanı əvəzləyərək Premyer Liqada debüt edib.


