İrlandiya milli komandasının yeni məşqçisi bəlli olub.

Offsideplus.az İrlandiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, “Çelsi”nin məşqçisi Entoni Berri İrlandiya yığmasının çalışdırıcısı Stiven Kenninin köməkçisi təyin olunub. Hər iki komandada çalışacaq Entoni, yığmanın düşərgəsinə seçmə mərhələ oyunları ərəfəsində qoşulacaq.

Qeyd edək ki, İrlandiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindəndir.