Fevralın 10-da Fransa kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilən PSJ - "Kann" görüşündə Neymar ikinci hissədə zədələnəndiyinə görə əvəzləndi.

Həmin oyundan sonra məğlub komandanın baş məşqçisi Paskal Dyupra belə bir ifadə işlətmişdi: "Uduzduğumuza görə ağlamayacam. Ağlamağı Neymarın öhdəsinə buraxıram".

Offsideplus.az xəbər verir ki, "Kann"ın çalışdırıcısının bu sözləri Neymarın atasının xoşuna gəlməyib. Ata Neymar "instaqram" hesabında oğlunun şəkillərini paylaşaraq bu sözləri yazıb: "Mənim oğlum həmin an həqiqətən ağlamalı vəziyyətdə idi. Lakin siz düşündüyünüz səbəbə görə yox. O bilirsiz kimlərə görə ağlayır? Sizin kimi məşqçilərə, gözləri kor olan hakimlərə, satılmış jurnalistlərə və bəzi qoraq insanlara görə. 

Oğlum indi ağlayır. Amma idmançı oğlumun, futbol əfsanəsinin göz yaşları uzağı bir gecə dayanmayacaq. Sonra o yenidən yaşıl meydanlara qayıdıb, qarşısına çıxan rəqibini məğlub edəcək".

Qeyd edək ki, Neymar 1 aylıq sıradan çıxıb və bu üzdən "Barselona" ilə Çempionlar Liqasındakı 2 oyunu, eləcə də çempionat görüşlərini kənardan izləyəcək.