Ötən ay açılışı olan “Turan Tovuz” Futbol Akademiyasının rəhbərinin adına aydınlıq gəlib.
Offsideplus.az “Futbol+”ə istinadən xəbər verir ki, yeni yaradılan akademiyaya Adil Şükürov rəhbər təyin olunub. Şükürovla 2 illik anlaşma əldə olunub. Mütəxəssis indi yox, martın əvvəlindən Tovuza yollanıb, yeni vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Adil Şükürov 2015/16 mövsümündə “Zirə”nin baş məşqçisi olub. Sonradan "Şüvəlan"nı çalışdırmış və yenidən “Zirə”nin akademiyasına qayıtmışdı.