"Qarabağ"dan ayrılan Vild-Donald Gerye karyerasını Cənubi Kiprdə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, haitili futbolçu "Apollon"la müqavilə bağlayıb. 31 yaşlı futbolçunun yeni komandasında hansı nömrə altında mübarizə aparacağı da dəqiqləşib. Hər nə qədər təəccüblü görünsə də, Gerye "96"nı seçib.
Halbuki ən sevdiyi nömrə "77"dir ki, son illər "Visla", "Alanyaspor", "Neftçi" və "Qarabağ"da kürəyində bu nömrəni daşıyıb. Üstəlik, "instagram" hesabında da 77-nin izi var - dguerrier77.
Maraqlıdır ki, "Apollon"da "77" nömrə heç bir futbolçuya məxsus deyil.
Gerye ilə söhbətdə məlum oldu ki, həyat yoldaşı 1996-cı ildə anadan olub deyə, "96"nı buna görə seçib.